Search for:

İranda güclü zəlzələ baş verdi: Yüzlərlə ölən var – VİDEO + FOTO + YENİLƏNİB

Paylaş:


İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 200 nəfərə çatıb.



42-CiParalel.az


-ın məlumatına əsasən, bu barədə İran telekanalı “Press TV” xəbər verir.


***


09:28


İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 164 nəfərə çatıb.


42-CiParalel.az-ın məlumatına əsasən, bu barədə İran telekanalı “Press TV” xəbər verir.


***


09:00


İranın qərb bölgəsində zəlzələ nəticəsində 70 min insan evsiz qalıb.



42-CiParalel.az


APA-ya istinadən xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə yerli Qızıl Aypara Cəmiyyətindəki mənbə bildirib.


“Hazırda 70 min nəfərin müvəqqəti sığınacağa ehtiyacı var. Bu rəqəmin yaxın müddətdə artacağı istisna deyil”, – deyə mənbə bildirib.


İran dövlət televiziyasının xəbərinə görə, ölkə prezidenti Həsən Ruhani Daxili İşlər Nazirliyinə zərərçəkənlərə bütün zəruri yardımların göstərilməsi üçün təcili tədbirlər görməyi tapşırıb.


***


08:39


İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb.



42-CiParalel.az


-ın məlumatına görə, bu barədə “Fars” agentliyi xəbər verib. Bundan əvvəl 129 nəfərin öldüyü, 1000-dən çox insanın yaralandığı bildirilirdi.


İraq ərazisində 6 nəfər təbii fəlakətin qurbanı olub. Ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 10-dan çox təkrar yeraltı təkanlar qeydə alınıb.

Paylaş: