Şalai məğlubiyyətdən sonra danışdı – “Ən yaxşı vəziyyətimizdə deyilik”

“Qalatasaray”ın futbolçusu Roland Şalai hazırlıq oyununda “Venetsiya”ya 0:3 hesablı məğlubiyyətdən sonra “S Sport Plus”a fikirlərini bölüşüb.
42-ciparalel.az Apasport.az-a istinadən xəbər verir ki, macar futbolçu komandanın hələ optimal formaya çatmadığını bildirib:
“Düzünü desəm, hazırda ən yaxşı vəziyyətimizdə deyilik. Özümüzü göstərə bilmədik. Amma hazırlıq dövründəyik. Daha çox çalışmalıyıq. Mövsümün başlamasına üç həftə qalır. Çempionata daha yaxşı formada başlayacağıq”.
Qeyd edək ki, “Qalatasaray” daha əvvəlki yoxlama matçında digər İtaliya təmsilçisi “Monza”ya 0:2 hesabı ilə məğlub olmuşdu.
- “Beşiktaş”dan Salah açıqlaması: “Məsələ bizim üçün hələlik bağlanıb”
- DÇ-2026: Ən yaxşı qolun müəllifi BƏLLİ OLDU – VİDEO
- Suzuki uğrunda yarış: PSJ və “Yuventus”
- “Arsenal”dan Vinisiusa rekord təklif – Bütün imkanlar səfərbərdir
- “Türkiyənin ən böyük klubu bizik” – İlkay Gündoğandan iddialı açıqlamalar
