SON DƏQİQƏ! Azərbaycanda 6 institut BİRLƏŞDİRİLDİ – Yeni qurum yaradılır

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki bir sıra elmi-tədqiqat institutlarının birləşdirilməsi istiqamətində addımlar atılır.

Vətəninfo.az-ın əldə etdiyi məlumata görə, nazirlik sistemində genişmiqyaslı optimallaşdırma prosesinə start verilib.
Əldə etdiyimiz özəl xəbərə əsasən, fəaliyyətlərinin səmərəliliyinin artırılması və idarəetmənin təkmilləşdirilməsi məqsədilə sahəvi elmi-tədqiqat institutlarının birləşdirilməsi qərara alınıb.
Struktur dəyişikliyinə əsasən, aşağıdakı qurumlar bir araya gətirilir:
Çayçılıq İnstitutu,Meyvəçilik İnstitutu,                  Heyvandarlıq İnstitutu,Əkinçilik İnstitutu Bitkiçilik İnstitutu (və digər əlaqədar elmi-tədqiqat qurumları daxil olmaqla ümumilikdə 6 institut)                                                  Qeyd olunan qurumların bazasında və onların balansının birləşdirilməsi yolu ilə vahid Bitkiçilik Elmləri İnstitutunun yaradılması nəzərdə tutulur.
Mütəxəssislərin fikrincə, bu birləşmə ölkədə aqrar elmin inkişafına, elmi potensialın mərkəzləşdirilməsinə və kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə tədqiqatların daha əlaqəli şəkildə həyata keçirilməsinə təkan verəcək.
Yaxın vaxtlarda proseslə bağlı rəsmi açıqlamanın verilməsi və yeni strukturun fəaliyyət mexanizminin ictimaiyyətə təqdim olunacağı gözlənilir.