Məşhurların Haluk Leventin dərnəyinə bağışladığı məbləğlər açıqlandı

Türkiyədə “Ahbap” Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində həbs olunan müğənni Haluk Leventlə bağlı yeni detallar ortaya çıxıb.

42-ciparalel.az Kulis.az-a istinadən xəbər verir ki, türkiyəli məşhurların “Ahbap” dərnəyinə ötən illərdə etdikləri ianələrin məbləği gündəmə gəlib.

Siyahıya əsasən, ən yüksək məbləğdə ianə edənlərdən biri aktyor Can Yaman olub. O, dərnəyə 1 milyon 550 min lirə (təxminən 64 min 400 manat) bağışlayıb.

Digər məşhurların ianələri isə belədir:

Tarkan – 1 milyon lirə (təxminən 41 min 600 manat)

Gülşən – 1 milyon lirə (təxminən 41 min 600 manat)

Ajda Pekkan – 1 milyon lirə (təxminən 41 min 600 manat)

Sibel Can – 1 milyon lirə (təxminən 41 min 600 manat)

Kıvanç Tatlıtuğ – 950 min lirə (təxminən 39 min 500 manat)

Arda Turan – 500 min lirə (təxminən 20 min 800 manat)

Orhan Gencebay – 500 min lirə (təxminən 20 min 800 manat)

Murat Boz – 500 min lirə (təxminən 20 min 800 manat)

Halit Ergenç və Bergüzar Korel – 400 min lirə (təxminən 16 min 600 manat)

Kerem Bürsin – 200 min lirə (təxminən 8 min 300 manat)

Aras Bulut İynemli – 200 min lirə (təxminən 8 min 300 manat)

İrem Derici – 150 min lirə (təxminən 6 min 200 manat)

Hazal Kaya – 120 min lirə (təxminən 5 min manat)

Gökçe Bahadır – 100 min lirə (təxminən 4 min 200 manat)

Melis Sezen – 100 min lirə (təxminən 4 min 200 manat)