dünya çempionatında Azərbaycanı dörd hakim təmsil edəcək

İyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək U17 dünya çempionatında Azərbaycanı təmsil edəcək hakimlər müəyyənləşib.
42-ciparalel.az Apasport.az-a istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq mundialda ölkəmizdən 4 referi ədaləti qoruyacaq.
Bunlar I-S kateqoriyalı hakim Sədi Quliyev, həmçinin I kateqoriyalı referilər Kamran Əliyev, Əli Babayev və Zaur Şərifovdur.
Qeyd edək ki, U17 dünya çempionatının görüşlərini ümumilikdə 68 hakim idarə edəcək.
