Rafael Leao “Fənərbaxça” yolunda – Maaş və bonuslar açıqlandı
Rafael Leao “Fənərbaxça” yolunda – Maaş və bonuslar açıqlandı
24.07.2026 – 10:32

“Fənərbaxça”nın “Milan”ın vingeri Rafael Leao üçün hazırladığı təklifin detalları bəlli olub.
42-ciparalel.az Apasport.az-a istinadən xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Mənbənin iddiasına görə, İstanbul təmsilçisi portuqaliyalı futbolçuya illik 8 milyon avro maaş təklif edib. Bundan əlavə, müqavilədə müəyyən bonuslar da yer alıb.
Belə ki, Leao mövsüm ərzində 20-dən çox oyunda meydana çıxacağı halda 1,5 milyon avro, 15 qol vuracağı təqdirdə daha 1,5 milyon avro qazanacaq. “Fənərbaxça” Super Liqa çempionu olarsa, futbolçuya əlavə 1 milyon avro bonus ödəniləcək.
Qeyd edək ki, Rafael Leao 2019-cu ildən “Milan”ın formasını geyinir. O, ötən mövsüm bütün turnirlərdə 50 oyunda 12 qol vurub, 13 məhsuldar ötürmə edib.
0
0
