“Qalatasaray”ın növbəti rəqibi: Fransa klubu İstanbula gəlir

Fransanın “Renn” klubu yay hazırlıq planı çərçivəsində Türkiyə təmsilçisi “Qalatasaray” ilə qarşılaşacağını açıqlayıb.
42-ciparalel.az Apasport.az-a istinadən xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, komandalar arasında yoldaşlıq görüşü avqustun 2-də İstanbulda, RAMS Park stadionunda keçiriləcək.
Qeyd edək ki, “Qalatasaray” bundan əlavə yay hazırlığı çərçivəsində 24 iyulda Avstriyada “Monza”, 8 avqustda isə İstanbulda “Vilyarreal”la yoxlama oyunu keçirəcək.
