ÇL: “Fənərbaxça” “Qornik”ə qarşı – YENİLƏNİR
ÇL: “Fənərbaxça” “Qornik”ə qarşı – YENİLƏNİR
21.07.2026 – 10:27

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.
42-ciparalel.az Apasport.az-a istinadən xəbər verir ki, oyun günündə ümumilikdə 11 qarşılaşma baş tutacaq.
Təmsilçimiz “Sabah” saat 20:00-da II təsnifat mərhələsində ilk oyununa çıxacaq.
Valdas Dambrauskasın yetirmələri Masazırda Finlandiya təmsilçisi “KuPS”u qəbul edəcək.
Türkiyə təmsilçisi “Fənərbaxça” isə doğma meydanda Polşanın Qornik Zabrze komandasıyla qarşılaşacaq.
Yeni mövsümə iddialı başlamaq niyyətində olan İsmail Kartalın kollektivi meydana qələbə üçün çıxacaq.
Görüş Bakı vaxtilə saat 22:00-da start götürəcək.
21 iyul
20:00″. Sabah” (Azərbaycan) – “KuPS” (Finlandiya)
20:00″. İberiya 1999″ (Gürcüstan) – “Slovan Bratislava” (Slovakiya)
20:00″. Myallbi” (İsveç) – “Linkoln Red İmps” (Cəbəllütariq)
20:00″.Ararat-Armeniya” (Ermənistan) – “Şemrok Rovers” (İrlandiya)
21:00. “Orhus” (Danimarka) – “Lex” (Polşa)
22:00. “Fənərbaxça” (Türkiyə) – “Qornik Zabrze” (Polşa)
22:00. “Tun” (İsveçrə) – “Dinamo” (Zaqreb, Xorvatiya)
22:30. “Şturm Qrats” (Avstriya) – “Harts” (Şotlandiya)
22:45. “Klaksvik” (Farer adaları) – “Kauno Jalqiris” (Litva)
23:00. “Larn” (Şimali İrlandiya) – “Srvena Zvezda” (Serbiya)
23:00. “Vikinqur” (İslandiya) – “Hapoel Beer-Şeva” (İsrail)
0
0
