Du Plessi Usmanı məğlub etdi

Cənubi afrikalı MMA döyüşçüsü Drikus du Plessi UFC Fight Night turnirində Kamaru Usman üzərində inamlı qələbə qazanıb.

42-ciparalel.az Apasport.az-a istinadən xəbər verir ki, orta çəkidə keçirilən əsas döyüş tam beş raund davam edib.

Hakimlər yekdil qərarla (50:45, 49:46, 49:46) qələbəni Drikus du Plessiyə veriblər.

Bununla da 32 yaşlı döyüşçü peşəkar karyerasında 24-cü qələbəsini əldə edib.

Kamaru Usman isə beşinci məğlubiyyətini alıb.