“Qarağac küçəsində kabus”un yeni filmi çəkilir

“Paramount Pictures” kinostudiyası məşhur “Qarağac küçəsində kabus” adlı yeni qorxu filmi üzərində işləyir.

42-ciparalel.az Kulis.az-a istinadən xəbər verir ki, bu barədə nüfuzlu “The Hollywood Reporter” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, kinostudiya ekran işinin orijinal ssenarisinin çəkiliş hüquqlarını filmin ilk rejissoru olan Ves Kreyvenin varislərindən satın alıb. Hazırda yeni layihə üzərində mərhum rejissorun həyat yoldaşı İya Labunka, oğlu Conatan və tanınmış prodüser Mark Toberoff birlikdə çalışır.

Yuxulardakı qatil yenidən canlanır

Kult qorxu filmi olan “Qarağac küçəsində kabus”un süjet xəttinin mərkəzində üzü yanmış və əli ülgüclü manyak Freddi Krüger dayanır. O, illər sonra gənclərin və uşaqların yuxularına girərək onlara divan tutur və bəzən real dünyaya da sızaraq dəhşət saçır.

Yeri gəlmişkən, qısa müddət əvvəl aparılan sorğulara əsasən, Freddi Krüger gənclər arasında ən populyar qorxu filmi personajlarının reytinqinə başçılıq edir. Siyahıda ikinci yeri Entoni Hopkinsin canlandırdığı Hannibal Lekter, üçüncü yeri isə “Uşaq oyunları” filmindəki qəddar kukla Çaki tutub.