TikTok 2026-cı ilin birinci rübündə Azərbaycanda 600 min videonu silib

Video yaradılması və izlənilməsi üzrə aparıcı platforma olan TikTok üçün Azərbaycandakı istifadəçilər üçün təhlükəsiz və rahat rəqəmsal mühitin formalaşdırılması əsas prioritetlərdən biri olaraq qalır. Məhz buna görə də şirkət istifadəçilərin qorunmasına, kontent yaradıcılarının dəstəklənməsinə yönəlmiş tədbirlər barədə məlumat verən İcma Qaydalarına Əməl Olunması Hesabatını mütəmadi olaraq dərc edir.
TikTok 2026-cı ilin birinci rübü üzrə “İcma Qaydalarının tətbiqi haqqında” hesabatını açıqlayıb. Hesabatda platformanın istifadəçi təhlükəsizliyinin təmin edilməsi istiqamətində gördüyü işlərin nəticələri, eləcə də kontent moderasiyasına yanaşmalardakı yeniliklər əks olunub.
Hesabata əsasən, 2026-cı ilin yanvar–mart aylarında Azərbaycanda:
- İcma Qaydalarının pozulmasına görə 590 mindən çox video silinib;
- Silinən videoların 99,4%-i platforma tərəfindən proaktiv şəkildə, yəni istifadəçi şikayəti daxil olmadan aşkarlanaraq aradan qaldırılıb;
- İcma Qaydalarına uyğun olmayan videoların 95,7%-i dərc edildikdən sonra ilk 24 saat ərzində silinib.
Eyni dövr ərzində TikTok qlobal miqyasda:
- İcma Qaydalarını pozan 184 milyondan çox videonu silib;
- Qayda pozuntularının 99,3%-i istifadəçi şikayəti daxil olmadan aşkarlanıb;
- Bu cür kontentin 94,4%-i dərc edildikdən sonra ilk 24 saat ərzində silinib.
2025-ci il ərzində isə TikTok Azərbaycanda İcma Qaydalarının pozulması səbəbindən 3,6 milyondan çox videonu platformadan silib.
2026-cı ildə TikTok istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində yanaşmalarını təkmilləşdirməyə və kontent moderasiyasında süni intellekt texnologiyalarının tətbiqini genişləndirməyə davam edir. Bu ildən etibarən şirkət ilk dəfə olaraq platformadan avtomatik silinən kontentlə bağlı statistikaya süni intellekt texnologiyaları vasitəsilə silinmiş videoları da daxil edir. Hazırda avtomatlaşdırılmış sistemlər, o cümlədən süni intellekt texnologiyaları platformada silinən bütün kontentin 96%-dən çoxunu aşkarlayaraq operativ şəkildə aradan qaldırır. Bu isə platformanın tələblərinə zidd olan paylaşımların daha operativ aşkarlanmasına imkan yaradır.
TikTok LIVE yayımların təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri də davamlı olaraq gücləndirir. Platforma 2026-cı ilin birinci rübündə dünya üzrə 50,8 milyon canlı yayımı dayandırıb. Bununla yanaşı, TikTok canlı yayımlar zamanı qazanc imkanlarını tənzimləyən qaydaların tətbiqini də təkmilləşdirir. Məqsəd orijinal və keyfiyyətli LIVE-kontent yaradan müəlliflərin dəstəklənməsini və mükafatlandırılmasını təmin etməkdir. 2026-cı ilin birinci rübünün nəticələrinə əsasən, platforma TikTok-un tələblərinin pozulması səbəbindən 58,2 milyondan çox canlı yayım üzrə müəlliflərə xəbərdarlıq edib və ya onların monetizasiya alətlərinə çıxışını məhdudlaşdırıb.
TikTok haqqında
TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.
