Ahmet Telli vəfat etdi

Bir müddətdir ağır xəstəlikdən əziyyət çəkən türk ədəbiyyatının görkəmli nümayəndələrindən biri Ahmet Telli 80 yaşında dünyasını dəyişib.
42-ciparalel.az Kulis.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, aprel ayından etibarən Ankara Bilkent Xəstəxanasında müalicə alan şairin səhhəti son günlərdə daha da pisləşmişdi. Bir neçə gün əvvəl şairin iyulun 8-də intubasiya edildiyi açıqlanmışdı. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
