Bir müddətdir ağır xəstəlikdən əziyyət çəkən türk ədəbiyyatının görkəmli nümayəndələrindən biri Ahmet Telli 80 yaşında dünyasını dəyişib.

42-ciparalel.az Kulis.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

​Məlumata görə, aprel ayından etibarən Ankara Bilkent Xəstəxanasında müalicə alan şairin səhhəti son günlərdə daha da pisləşmişdi. Bir neçə gün əvvəl şairin iyulun 8-də intubasiya edildiyi açıqlanmışdı. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.