İngiltərə millisində virus təhlükəsi – Rays heyətdən çıxarıldı

İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Rays DÇ-2026-nın 1/4 finalında Norveçə qarşı keçiriləcək oyun öncəsi komandadan təcrid edilib.
42-ciparalel.az Apasport.az-a istinadən xəbər verir ki, buna futbolçuda aşkarlanan infeksion xəstəlik səbəb olub.
“Daily Mail”in məlumatına görə, Rays əvvəldən dizaltı vətərində və bel nahiyəsində problemlər yaşayırdı. Xəstəliyin əlavə olunması isə vəziyyəti daha da ağırlaşdırıb. İngiltərə millisinin həkimləri virusun komandada yayılmasının qarşısını almaq üçün 26 yaşlı futbolçunu komandadan ayırıb.
Yarımmüdafiəçi xəstəlik səbəbindən son iki məşqi də buraxıb. Bildirilir ki, komanda daxilində virusun yayılması nəzarət altına alınıb.
Qeyd edək ki, daha əvvəl Norveç millisinin bir neçə futbolçusunda da oxşar virus əlamətləri müşahidə olunmuşdu. İngiltərə – Norveç oyunu iyulun 12-də Bakı vaxtı ilə saat 02:00-da başlayacaq.
