İbrahim Piriyev əməliyyat olunub

“Araz-Naxçıvan”ın futbolçusu İbrahim Piriyev əməliyyat olunub.

42-ciparalel.az Apasport.az-a istinadən xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Əvəzedici heyətdən əsas komandaya cəlb edilən oyunçu Türkiyənin İstanbul şəhərində qasıq yırtığından əməliyyat edilib.

Əməliyyatdan sonra bu gün evə buraxılan yarımmüdafiəçi 3 həftə sonra məşqlərə başlayacaq.