Güclü yağışlar 50-dən çox yaşayış məntəqəsi ilə əlaqə kəsdi

Dağıstanın səkkiz rayonunda 50-dən çox yaşayış məntəqəsində güclü yağışlar nəqliyyatın hərəkətini dayandırıb.
Vətəninfo.az xəbər verir ki, Respublikanın Nəqliyyat və Yol İdarəetmə Nazirliyinin açıqlamasında deyilir: “İyulun 8-də Dağıstana yağan güclü yağışlar respublikanın yollarına ciddi ziyan vurub. Səkkiz rayonun 56 yaşayış məntəqəsinə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb”.
Xatırladaq ki, 3 gün əvvəl Dağıstanın Çarodinski rayonunda güclü sel yolları dağıdıb və kəndlər arasında rabitə tam kəsilib.
