Ölməzlik arxasınca qaçan amerikalı xəstə imiş – FOTO

İldə özünə 2 milyon dollar xərcləyərək ölümsüzlüyə can atan və özünü “Dünyanın ən sağlam insanı” adlandıran amerikalı biohaker Brayan Conson sağalmaz xəstəliyə tutulub.

42-ciparalel.az Bizim.media-ya istinadən xəbər verir ki, cavanlıq və sağlamlıq naminə hətta öz oğlunun qanını özünə köçürmək kimi qeyri-adi prosedurlara əl atan Consonun bütün cəhdləri otoimmün qastrit (AIG) qarşısında aciz qalıb.

Mütəxəssislərin bildirdiyinə görə, bu xəstəlik zamanı mədə öz-özünü daxildən “yeyir” və hal-hazırda AIG-nin tibbi müalicəsi mümkün deyil.


42-ciparalel.az Bizim.media-ya istinadən