İranın Livanla bağlı mövqeyi dəyişməyəcək – Əraqçi

İsrailin Livana hücumları ilə bağlı İranın mövqeyi dəyişməyəcək.
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda səfərdə olan Livan parlamentinin sədri Nəbih Berri ilə görüşdə deyib.
A. Əraqçi Livan xalqının İsrailin hücumları və davamlı təhdidləri qarşısında dözümlülüyünü yüksək qiymətləndirib.
N. Berri Livanın ərazi bütövlüyü və milli suverenliyini dəstəkləməkdə nümayiş etdirdiyi prinsipial mövqeyinə görə İrana dərin minnətdarlığını bildirib.
