DÇ-2026: İspaniya və Kabo – Verde 1/16 finalda!

2026-cı il dünya çempionatında III turun oyunları davam edir.

42-ciparalel.az Apasport.az-a istinadən xəbər verir ki, ikinci oyun günündə H qrupunun iki görüşü baş tutub.

Uruqvay millisi İspaniya ilə qarşılaşıb. Görüş İspaniyanın 1:0 hesablı qələbəsiylə başa çatıb.

Qrupun digər matçında isə Kabo-Verde Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlib. Matçdan qol səsi çıxmayıb: 0:0.

Bu nəticələrdən sonra İspaniya 7 xalla qrupu lider bitirib. Kabo Verde 3 xalla ikinci, Uruqvay 2 xalla üçüncü olub. Eyni xala sahib Səudiyyə Ərəbistanı isə sonuncu pillədə qərarlaşıb.

Hər iki matç Bakı vaxtı ilə saat 04:00-da start götürüb.

DÇ-2026
H qrupu, III tur
27 iyun
04:00. Uruqvay – İspaniya 0:1

Qol: Baena, 42

04:00. Kabo-Verde – Səudiyyə Ərəbistanı 0:0