Vatikan Apostol Kitabxanası və Apostol Arxivininrəhbərliyi AMEA-nın Əlyazmalar İnstitutunda olub

Azərbaycanda səfərdə olan Vatikan Apostol Kitabxanasıvə Apostol Arxivinin rəhbəri arxiyepiskop CovanniÇezare Paqatzi, Vatikan Apostol Kitabxanasının icraçırəhbəri Mauro Mantovan və Vatikan Apostol Arxivininicraçı rəhbəri Rokko Ronzani AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.
Qonaqları institutun direktoru, akademik Teymur Kərimliqarşılayıb.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliqonaqlara tarixi binanın memarlıq xüsusiyyətləri, elmimüəssisənin fəaliyyət istiqamətləri, burada qorunanzəngin əlyazma fondu, nadir tarixi sənədlər və aparılanelmi-tədqiqat işləri haqqında məlumat verib.
Akademik İsa Həbibbəyli Əlyazmalar İnstitutununyerləşdiyi binanın 1898-1901-ci illərdə inşa edildiyini vəvaxtilə məşhur milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Bakı Qızlar Məktəbi kimifəaliyyətə başladığını, 1918-ci ildə İslam Şərqində ilk respublika olan Azərbaycan Xalq CümhuriyyətininParlamenti binası kimi fəaliyyət göstərdiyini, ölkədəsovet hakimiyyəti qurulduqdan sonra isə buradaAzərbaycan SSR Ali Sovetinin yerləşdiyini bildirib.
AMEA rəhbəri burada mühafizə olunan əlyazma vəsənədlərin ölkəmizin tarixi və mədəni irsininöyrənilməsində müstəsna əhəmiyyət kəsb etdiyinivurğulayıb.
Nümayəndə heyəti institutun saxlanclarını ziyarət edərək, əlyazma sənədlərinin və qədim kitabların qorunma şəraitiilə tanış olublar, nadir nüsxələrə və tarixi sənədlərə baxışkeçiriblər.
Qonaqlar institutun Əlyazmaların gigiyenası, konservasiyası və bərpası laboratoriyasında bərpa vəcildləmə prosesini yaxından izləyiblər.
Ziyarət zamanı akademik İsa Həbibbəyli Əlyazmalarİnstitutunda qorunub saxlanılan, dahi şair Nizami Gəncəvinin XIV əsrə aid, üzü köçürülmüş ən qədiməlyazma nüsxəsini qonaqlara təqdim edib.
Nümayəndə heyətinin üvləri institutun ekspozisiyazalında X-XI əsrlərdə Kordova xilafətində yaşamışböyük ərəb alimi Əbülqasim Zəhravinin “Cərrahiyyə vəcərrahi alətlər haqqında“, Şərqin dahi mütəfəkkiri İbn Sinanın “Tibb qanunları”, XII əsr alimi Rüstəm Cürcaninin “Zəxireyi-Nizamşahi” əsərlərinin əlyazmanüsxələri, eləcə də şairə Xurşidbanu Natəvanın özününçəkdiyi gül təsvirlərindən ibarət “Gül dəftəri” adlı şeirləralbomu ilə tanış olublar.
Görüşdə Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiriİlqar Muxtarov, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi, millət vəkili SoltanMəmmədov, həmçinin Mərkəzi Elmi Kitabxananındirektoru Hüseyn Hüseynov, AMEA Rəyasət Heyətiaparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiriEsmira Əlirzayeva, İctimaiyyətlə əlaqələr, mətbuat vəinformasiya şöbəsinin müdiri Ağahüseyn Şükürov vəbaşqaları iştirak ediblər.
