Türkiyə-ABŞ matçının ən yaxşı oyunçusu: Arda Güler

Türkiyə millisinin futbolçusu Arda Güler ABŞ-la matçın ən yaxşısı seçilib.
42-ciparalel.az Apasport.az-a istinadən xəbər verir ki, FIFA DÇ-2026-nın D qrupunun son turunda keçirilən Türkiyə – ABŞ görüşünün “Matçın oyunçusu” mükafatını Arda Gülerə verib.
“Real”ın gənc futbolçusu milli komandasının ilk qolunu vuraraq qələbədə pay sahibi olub.
Qeyd edək ki, Türkiyə ABŞ-ni 3:2 hesabı ilə məğlub etsə də, qrupu 4-cü pillədə başa vuraraq mundialla vidalaşıb.
