Kloze: Messi tarixin ən yaxşı futbolçusudur

Almaniya millisinin sabiq hücumçusu Miroslav Kloze Argentina yığmasının kapitanı Lionel Messi haqqında növbəti dəfə yüksək fikirlər səsləndirib.
“Messinin heç də zəif futbolçu olmadığını həmişə demişəm. Mənim üçün o, tarixin ən yaxşı oyunçusudur. Təbrik edirəm, çempion!” – deyə Kloze bildirib.
Qeyd edək ki, Kloze daha əvvəl də Messi barədə müsbət fikirlər səsləndirib və argentinalı ulduzu dünya futbol tarixinin ən böyük simalarından biri kimi dəyərləndirib. Klozenin bu açıqlaması futbol ictimaiyyətində geniş rezonans doğurub.