Dövlət Maliyyə Nəzarəti Xidmətinin fəaliyyəti təkmilləşdiriləcək

Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə konsaltinq xidməti və rəqəmsal audit (e-nəzarət) proqram təminatının yaradılmasına dəstək xidməti əldə edəcək.
“APA-Economics” xəbər verir ki, nazirlik bununla bağlı “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyəti ilə müqavilə bağlayıb.
Müqavilənin dəyəri 967.601,18 manat təşkil edib.
