AYB-nin Mingəçevir filialının sədri vəfat etdi

Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir filialının sədri, tanınmış şair-publisist İsmayıl İmanzadə uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
42-ciparalel.az Kulis.az-a istinadən xəbər verir ki, bu barədə şair Elşən Əzim sosial şəbəkə hesabında məlumat paylaşıb.
Qeyd edək ki, mərhumun dəfn mərasimi 21 iyun 2026-cı ildə Mingəçevir şəhərində keçiriləcək.
