Maştağada 62 yaşlı kişini cərəyan vuraraq öldürüb

Sabunçu rayonunda 62 yaşlı kişini elektrik cərəyanı vurub.
APA-nın xəbərinə görə, hadisə iyunun 16-da Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1964-cü il təvəllüdlü Fərrux Cavadov evində elektrik naqilini təmir edərkən cərəyan vurması nəticəsində ölüb.
Araşdırma aparılır.
