Almaniya sənayesi pandemiyadan sonra minlərlə iş yerini itirib

Almaniyanın metallurgiya və elektrotexnika sektorlarında 2026-cı ilin aprel ayında 15 mindən çox iş yeri ixtisar edilib. Bu göstərici COVID-19 pandemiyası dövründən bəri qeydə alınan ən ciddi azalma hesab olunur.
42-ciparalel.az xəbər verir ki, Almaniyanın metallurgiya və elektrotexnika sənayesi işəgötürənlərinin ittifaqı olan Gesamtmetall təşkilatının bəyanatında bildirilir ki, mövsümi dəyişikliklər nəzərə alınmaqla, 2026-cı ilin mart ayı ilə müqayisədə aprel ayında 15,6 min iş yeri itirilib.
“2026-cı ilin mart ayı ilə müqayisədə mövsümi amillər nəzərə alınmaqla 15,6 min iş yeri ixtisar olunub. Bu, 2020-ci ilin iyul ayından bəri ən güclü azalma göstəricisidir”, – deyə təşkilatın açıqlamasında qeyd edilir.
Saksoniya federal torpağının Baş naziri Mixael Kreçmer Almaniyanın ciddi böhrana doğru irəlilədiyini vurğulayaraq, Berlinin digər ölkələrin təcrübəsini öyrənməsinin vacibliyini qeyd etmişdi.
