Messi 45 saniyəyə şou göstərdi – 911-ci qol, yeni rekord – VİDEO

Argentina millisi dünya çempionatı öncəsi keçirdiyi yoxlama oyununda İslandiya ilə qarşılaşıb.
42-ciparalel.az Apasport.az-a istinadən xəbər verir ki, Lionel Skaloninin komandası rəqibini 3:0 hesabı ilə məğlub edib.
Görüşdə Lionel Messi də fərqlənib. Qarşılaşmaya sonradan daxil olan 38 yaşlı ulduz cəmi 45 saniyə sonra penalti qazandıran ötürmənin müəllifi olub. Ardınca penaltini dəqiq yerinə yetirən Messi karyerasında 911-ci qolunu vurub.
O, bununla yanaşı, 38 yaş, 11 ay, 14 günlüyündə Argentina millisinin heyətində fərqlənərək yığmanın tarixində qol vuran ən yaşlı futbolçu olub.
Qeyd edək ki, Argentina millisi DÇ-2026-da J qrupunda mübarizə aparacaq. Son dünya çempionları qrup mərhələsində Əlcəzair, Avstriya və İordaniya ilə qarşılaşacaq.
