Türkiyə gəmisinə HÜCUM EDİLDİ: Ölən və yaralılar var

Türkiyənin Sahil Mühafizə Komandanlığı Qara dənizdə, Krım yarımadası yaxınlığında Türkiyə bayrağı altında fəaliyyət göstərən balıqçı gəmisinə hücum edildiyini açıqlayıb.

42-ciparalel.az xəbər verir ki, hücum nəticəsində gəmi ciddi zərər görərək batıb.

Hadisə zamanı 1 balıqçı həyatını itirib, 4 nəfər isə yaralanıb.

Faktla bağlı araşdırma aparılır.