Rusiya ordusu Zaporojyedə dəmir yolunu vurdu: Ölənlər və yaralananlar var – FOTO

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Zaporojye vilayətində yerləşən dəmir yolu infrastrukturuna endirdiyi zərbə nəticəsində ciddi dağıntı və insan tələfatı qeydə alınıb.

42-ciparalel.az Bizim.media-ya istinadən xəbər verir ki, “Ukrzaliznıtsya” (Ukrayna Dəmir Yolları) tərəfindən verilən rəsmi məlumata görə, atəş nəticəsində bir elektrovoz və bir teplovoz ağır zədələnib.

Hadisə zamanı növbədə olan bir maşinist həyatını itirib.

Hücum zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan daha iki dəmir yolu əməkdaşı isə təcili olaraq xəstəxanaya yerləşdirilib (hospitalizasiya olunub). Hadisə baş verən ərazidə qatarların hərəkətində gecikmələr yaranıb, infrastrukturun bərpası istiqamətində işlər aparılır.


42-ciparalel.az Bizim.media-ya istinadən