ÇL-də mövsümün gənc futbolçusu: ARDA GÜLER

UEFA Çempionlar Liqasında mövsümün ən yaxşı gənc futbolçusu bəlli olub.

42-ciparalel.az Apasport.az-a istinadən xəbər verir ki, bu ada “Real”ın yarımmüdafiəçisi Arda Güler layiq görülüb.

Türkiyəli futbolçu Çempionlar Liqasının geridə qalan mövsümündə Madrid təmsilçisinin heyətində ümumilikdə 14 matça çıxıb.

O, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, yarımmüdafiəçinin “Real”la hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.