“Bizim Cəbiş müəllim”in “Makedon”u vəfat etdi

Aktyor Aqil Ağacanov vəfat edib.

42-ciparalel.az Kulis.az-a istinadən xəbər verir ki, 77 yaşlı A.Ağacanov bu gün Bakıda dünyasını dəyişib.

Qeyd edək ki, o, “Bizim Cəbiş müəllim” filmindəki “Makedon” rolu ilə tanınıb.

İllər sonra isə “Yuxu” filmində çəkilib.

A.Ağacanov Bakı kəndlərində kababçı kimi tanınırdı.