Bərdədə ağır yol qəzasında 10 nəfər xəsarət alıb – FOTOLENT – YENİLƏNİB-2

Bərdə rayonunda yol qəzası zamanı yaralanan 10 nəfərin son vəziyyəti açıqlanıb.
“TƏBİB”dən APA-nın Qarabağ Bürosunun sorğusuna cavab olaraq bildirib ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar 10 nəfər (8 kişi, 2 qadın) saat 15:10 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd olunub ki, müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
“Vəziyyəti stabil qiymətləndirilən 9 nəfər (7 kişi, 2 qadın) ambulator müalicə üçün evə buraxılıb. Hazırda 1 nəfərin (kişi) müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir”, – deyə məlumatda qeyd olunub.
***
14:02
Xəbərə fotolar əlavə edilib.
***
13:09
Bərdə rayonunda ötən gün ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Bəhrəmtəpə stansiyası–Mingəçevir avtomobil yolunda qeydə alınıb.
“VAZ-21015” markalı avtomobillə “Mercedes” markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində sonuncu idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb.
Qəza zamanı 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananlar Orxan Babayev (1994-cü il təvəllüd), Röyal Hacıyev (2004-cü il təvəllüd), Ayxan Hətəmov (2007ci il təvəllüd), Mirşahin Nəcəfli (2007-ci il təvəllüd), Efras Paşayev (1979-cu il təvəllüd), Rabella Həmidova (1990-cı il təvəllüd), Ömər Həmidzadə (2018-ci il təvəllüd), Səkurə Həmidova (1964 -cü il təvəllüd), Həmid Həmidov (1963-cü il təvəllüd) və Kamandar Həmidovdur (1988-ci il təvəllüd).
Xəsarət alanlar Bərdə Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
