Search for:

FHN-dən Yeni illə bağlı əhaliyə MÜRACİƏT

Paylaş:


Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.



42-CiParalel.Az



-ın məlumata görə, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:


evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;

işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;

ağac tezalışan oyuncaqla bəzədilməməli;

qapalı məkanda atəşfəşanlıq edilməməlidir;

Bayram şənliyində bunlar nəzərə alınmalıdır:


şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;

şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;

pəncərədə dəmir barmaqlıq olmamalı;

məkanın iki çıxışı olmalı;

ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;

otağın qapıları mütləq bayıra açılmalı;

məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;

şənlikdə işıq tam söndürülməməli;

şənliyə tezalışan materialdan paltar geyinilməməli;

məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.


“Unutmayın ki, qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin”, – deyə müraciətdə vurğulanıb.


Paylaş: