Search for:

Türkiyədə prezident seçkilərinin son nəticələri elan olunub

Paylaş:


Türkiyə Ali Seçki Şurasının dərc etdiyi məlumata əsasən, iyunun 24-də ölkədə keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan qalib gəlib.


Bu barədə

42-CiParalel.Az


Türkiyə mətbuatına istinadla xəbər verir.


Rəsmi məlumatlara görə, Ərdoğan səslərin 52,59%-ni toplayıb. İkinci yeri 30,64%-lə CHP-dən olan Mühərrəm İncə tutub. Üçüncü nəticə isə seçicilərin səslərinin 8,40%-ni toplayan HDP-li Səlahəddin Dəmirtaşaməxsusdur.


Xatırladaq ki, Türkiyədə keçirilən parlament seçkilərində də hakim partiya qalib gəlib: seçicilərin 42,56%-i AKP-yə səs verib. Bu isə parlamentdə 600 yerdən 295-nəsahib olmaq anlamına gəlir.

Paylaş: