Saxta əlillik, qanunsuz pensiya, qoca və kimsəsiz uşaqların payına əl uzadanlar… – Sabiq nazirin korrupsiya şəbəkəsi
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yeni təyinatının ilk günlərindən sərt qərarlar verməyə başlayıb.
42-CiParalel.az
xəbər verir ki, o, “köhnə qvardiya”nın əsas fiqurlarını zərərsizləşdirməkdə davam edir. Belə ki, S. Babayevin əmri ilə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun
(DSMF) Yasamal, Suraxanı, Xətai və Sabunçu rayon şöbələrinin müdirləri
də işdən kənarlaşdırılıb.
SMF-nin Suraxanı rayon şöbəsinin müdiri Şahalı Cəbiyev adıçəkilən nazirliyin sabiq Aparat rəhbəri Əjdər Cəbiyevin, Sabunçu rayon şöbəsinin müdiri Əlibarat Poladov isə Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov
un qardaşıdır.
Yeni nazir sələfi Səlim Müslümovun kadrlarını işdən kənarlaşdırmaqla yanaşı, onun qurduğu sistemə də
“əl gəzdirməyə”
başlayıb. S. Babayev nazirliyin həyata keçirdiyi bütün sahələrlə bağlı ilkin araşdırma apararaq, işçi qruplarının yaradılması barədə qərarlar verməkdədir. İstər əlilliyin müəyyənləşdirilməsi, istər pensiya təyinatı, istər ünvanlı sosial yardımın verilməsi, istərsə də digər sahələrlə bağlı sistemli işlərin görüləcəyi planlaşdırılır.
Mia.az-ın məlumatına görə, nazirlikdəki mötəbər mənbə “Reytinq” qəzetinə deyib ki, nazir Sahil Babayev Səlim Müslümovdan fərqli olaraq populizmdən uzaq fəaliyyət xətti seçib:
“Yadınızdadırsa, Səlim Müslümov nazir təyin olunandan dərhal sonra geniş müşavirə keçirdi, elə oradaca, şou göstərirmiş kimi, xeyli vəzifəli şəxsi işdən kənarlaşdırdı. Doğrudur, onların əksəriyyəti sabiq nazir Füzuli Ələkbərovun formalaşdırdığı korrupsiya sisteminin icraçıları idi, amma onlarla bərabər xeyli peşəkar kadr da Müslümovun kadr siyasətinin qurbanı olmuşdu. Lakin Sahil Babayev fərqli metod seçib. Yəni, o, şəbəkənin bütün üzvlərini eyni vaxtda işdən uzaqlaşdırmır”.
Nazir korrupsioner şəbəkənin izinə düşüb

Məlumata görə, Sahil Babayevin əmri ilə nazirlikdə əlilliyin qiymətləndirilməsi ilə bağlı proseslərin təkmilləşdirilməsi, həmçinin müvafiq elektron sistemlərin imkanlarının genişləndirilməsi vasitəsilə vətəndaşların narazılığına səbəb olan halların aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası və onların cəmiyyətə inteqrasiyası ilə bağlı zəruri işlərin görülməsi məqsədilə işçi qrupu yaradılıb:
Şəxsiyyət vəsiqəsinin surəti ilə pensiyaya çıxanlar…
“Reytinq”i bilgiləndirən şəxs deyib ki, S. Babayev bu sahəyə yad şəxs olsa da, hədəfləri hələlik dəqiqdir. Onun qənaətincə, yeni nazirə korrupsiyaya uğramış sistemin “kilid nöqtələri”ni işarə verən bu sahəni dərindən bilən şəxslərdir:
TSEK rəhbərlərinə xəbərdarlıq
“Əlilliyin qiymətləndirilməsi prosesi tam qanunvericilik çərçivəsində icra olunmalıdır. Kimin ki, qanunla əlillik qrupu almağa hüququ çatır, onların bu hüququ süründürməçiliyə yol verilmədən, onlarda narazılıq yaratmadan təmin edilməlidir. Digər tərəfdən, əlillik vəziyyətində olmayan şəxslərə bilərəkdən əsassız şəkildə əlillik qrupu təyin edilməsi hallarına yol verilməməlidir”,
– deyə S. Babayev bildirib.
Həkimlərlə TSEK-lərin kodlu işbiliyi

Mənbəmizin sözlərinə görə, xüsusən də son on ay ərzində sistemə vurulan birinci qrup əlilliklə bağlı sənədləri yenidən yoxlamaya qaytarıblar:
Məlumatlı şəxs bu sistemdə qurulan işbirliyinin gizli tərəfini də açıb. Deyib ki, forma 88-i hazırlayıb sistemə vuran həkimlərlə onu təsdiqləyən TSEK əməkdaşlarının işbirliyi var:
“Nəzərinizə çatdırım ki, hər bir həkimin öz kodu var. Sistemə vurulan forma 88-də həmin kod qeyd olunur. TSEK əməkdaşı həmin kodun hansı həkimə məxsus olduğunu bilir. Bu sistemə də Nazirliyin sabiq Aparat rəhbəri Əjdər Cəbiyev rəhbərlik edirdi. Yəni, hansı işlərin təsdiqlənməsinə onun tapşırıq verdiyi adamlar qərar verirdilər. Əgər iş “razılaşdırılmış” olardısa, təsdiqlənirdi. Amma Əjdər Cəbiyevin “vurulmasından” sonra bu şəbəkənin də fəaliyyətinin üstü açılıb. Ona görə də nazir, TSEK rəhbərlərinə xəbərdarlıq etdi ki, bu günə kimi nə olub-olub, amma bundan sonra heç kimə güzəşt olmayacaq”.
Müslümovun daha bir kadrı gizlənir

İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov
elektron sistemin başında dayanan və söz sahibi olan şəxs ƏƏSMN-nin İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov
dur.
Onun sözlərinə görə, E.Məcidov sabiq nazir Səlim Müslümovun ən yaxın kadrlarından sayılır, lakin S.Babayev hələ də onu vəzifədə saxlayır:
“Məlumat üçün deyim ki, Elnur Məcidov sıradan şöbə müdiri deyil. O, elektron sistemin formalaşdırılmasında iştirak edən, necə deyərlər, bu sistemin yaradıcılarından sayılır. Məhz, buna görə də Səlim Müslümov bu sistemdəki bütün işləri onun öhdəsinə buraxmışdı. Təbii ki, sistemin alt qatında həyata keçirilən qaranlıq işlər də Elnur Məcidovun iradəsindən kənar baş verə bilməzdi.
Bildiyiniz kimi, son illər ünvanlı sosial yardımın verilmə prosesi də elektronlaşıb. Bu sistem şəffaflıq və ədalətli bölgü məqsədiylə qurulsa da, buradakı “əyri əllər”in müdaxiləsi nəticəsində şəffaflıqdan söhbət gedə bilməz. Yəni, elə bir şərait yaradırlar ki, heç kim sistemin müəyyənləşdirdiyi konkret adamların iradəsindən kənar ünvanlı sosial yardım ala bilmir. Həmin konkret şəxslər isə bu müavinətin 7-9 ayına şərik olurlar. Həmin vəsaitin bir ayı aşağıdakı işçilərə, qalan hissəsi isə zəncirvari olaraq “yuxarılara” ötürülür”.
Elə bu səbəbdən də nazir Sahil Babayev bu sahəyə açıq müdaxilə etməyi vacib bilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə işçi qrupu yaradılıb. İşçi qrup müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsilə ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması və verilməsində neqativ hallara şərait yaradan amillərin aradan qaldırılması, ünvanlılığın artırılması üçün təkliflər hazırlayacaq. Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət etmiş ailənin maddi-məişət şəraitinin müayinəsi, ünvanlı dövlət sosial yardımının təyinatı prosesində şəffaflığın tam təmin edilməsi, vətəndaşlara daha keyfiyyətli və şəffaf xidmətlərin göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə də təkliflərin hazırlanması təmin olunacaq.
DSMF-dən narazlıq və təftiş…

“kilid nöqtələri”
nə yaxın adamlarını yerləşdirmişdi. Hətta Elman Mehdiyevin sədr olduğu dönəmdə belə, DSMF-yə Müslümovun özü nəzarət edirdi. Elə bu səbəbdən də DSMF-də formalaşan korrupsiya sisteminin kökü dərinə gedir. Bu qurumda ciddi yoxlamalar aparılmadığından orada baş verənlər gizli qalıb.
Yəni Heydər Əsədov Hesablama Palatasının rəhbəri olduğu dövrdə DSMF-də “hər şey qaydasında” olub.
Sonrakı dövrdə də, nazir şəxsi nüfuzu və kirvəsi Heydər Əsədovun sayəsində qurumda detallı yoxlama aparılmasına imkan verilməyib. Düzdür, daha ciddi və gizlədilməsi mümkün olmayan bir nöqsan üzə çıxan kimi, Səlim Müslümov o dəqiqə həmin məmuru qurban verərək özünü təmizə çıxara bilirdi. Səlim Müslümovun gedişindən sonra isə ilkin araşdırmalar zamanı ciddi nöqsanlar üzə çıxdı.
“Pensiya bosu” Çingiz Əliyev postdadır…

Maraqlı məqamlardan biri də odur ki, S. Babayev pensiya təyinatı ilə bağlı məmur-vətəndaş əlaqəsinin minimuma endirilməsi üçün pensiya təyinatı sisteminin tam avtomatlaşdırılması barədə tapşırıq verib. Amma bu sahədə çalışanlar həlilik bunun hansı mexanizmlə gerçəkləşdiriləcəyinin sual altında olduğunu vurğulayırlar.
Qeyd etmək yerinə düşər ki, nazir Sahil Babayev pensiya təminatı ilə bağlı problemlərə işıq salaraq, narazılığıanı ifadə etsə də, bu sektora cavabdeh olan şəxslə bağlı qəti qərar verməyə tələsməyib. Belə ki,
Nazirliyin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Çingiz Əliyev
də Səlim Müslümovun əsas kadrlarından sayılır.
Məlumat üçün bildirə ki, Ç.Əliyev S.Müslümovun DSMF-dən bəri ən yaxın kadrlarından biridir. Prezident İlham Əliyevin uyğun fərmanına əsasən, Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edildikdən sonra, S. Müslümov onu özü ilə nazirliyə gətirib.
Həmin dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsində aparılan dəyişikliklərlə, əmək pensiyaları və sosial sığorta sahələrində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və qanunvericiliyə uyğun olaraq həmin siyasətin həyata keçirilməsinin təmin olunması nazirliyin fəaliyyət istiqamətləri sırasına daxil edilib. Sosial sığorta və pensiya siyasəti şöbəsi də müvafiq sahədə vəzifələrin yerinə yetirilməsini, o cümlədən sosial sığorta və pensiya sistemi ilə bağlı normativ hüquqi aktların, aidiyyəti fəaliyyət sahələri üzrə proqram və layihələrin, təlimatı-metodiki göstərişlərin işlənib hazırlanmasını, təkliflərin verilməsini təmin edəcək.
Şöbənin müdiri vəzifəsinə əvvəllər Dövlət Sosial Təminat Xidmətinin rəisi vəzifəsində çalışmış Çingiz Əliyev təyin olunmuşdu.
Onun xidmət rəisi olduğu dövrdə də, Nazirliyin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri çalışdığı müddətdə də S.Müslümovun əsas kadrı kimi özünü göstərib.
Yəni, bu gün ümumi sitemdən narazılıq varsa, bu məsələdə Ç.Əliyevin də payı az deyil. Bu mənada yeni nazirin onu vəzifədə uzun müddət saxlayacağı inandırıcı deyil.
İki nazirin iki qohumu və ya hərbiçilərin pensiyası necə hesablanıb?
Onu da da qeyd edək ki, S. Müslümov nazir olduğu dönəmdə yaxın qohumlarını ətrafına toplamışdı. Onlar da nazir qohumlarının himayəsi nəticəsində istədikləri kimi hərəkət edirdilər. S. Müslümov vəzifədən gedən kimi isə “nişangaha” gəldilər.
Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə sabiq nazir Səlim Müslümovun həyat yoldaşının qardaşı Ağalar Xasayev
rəhbərlik edir.
Hesablama Palatası tərəfindən adıçəkilən idarədə bu ilin aprelin 2-dən nəzarət tədbiri başlanılıb və may ayının sonunda başa çatdırılması nəzərdə tutulur. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsində nəzarət tədbiri 2017-ci ilin dekabr ayında təsdiq olunmuş “Azərbaycan Respublikasının Hesablama Palatasının 2018-ci il üçün iş planı”na uyğun olaraq həyata keçirilir”, – deyə məlumatda vurğulanıb. Nəzarət tədbirinin nəticələri Hesablama Palatasının kollegiya iclasında müzakirə edilərək təsdiq olunduqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada açıqlanacaq.
Bir məqamı da nəzərə çatdıraq ki,
Müdafiə Nazirliyi Mərkəzi hərbi həkim komissiyasından son illər daha çox zabit və gizirin xəstəliklə pensiyaya çıxdığı bildirilir. Yəni, bu qurum əlillik dərəcəsi verir, DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi onların pensiya təminatını həyata keçirir. Görünən odur ki, bu iki qurum arasında münasibətlər elə də soyuq olmayıb.
Onu da vurğulayaq ki,
Müdafiə Nazirliyi Mərkəzi hərbi həkim komissiyasının rəisi, tibb xidməti polkovnik-leytenantı Elxan İbrahimov Müdafiə naziri Zakir Həsənovun bacanağıdır
. Elxan İbrahimov 2000-ci ildə leytenant rütbəsi ilə hərbi xidmətə başlayıb. Ona mayor (2008-ci il) və polkovnik-leytenant (2013-cü il) baş zabit rütbələri də Daxili qoşunlarda xidmət etdiyi müddətdə daxili işlər nazirinin müvafiq əmrləri ilə verilib.
E. İbrahimov 6 dekabr 2013-cü il tarixindən Daxili Qoşunlar Baş İdarəsinin Tibb xidmətinin hərbi həkim komissiyasının sədri vəzifəsindən xidmətini davam etdirmək üçün müdafiə nazirinin sərəncamına göndərilib. Yəni, onun da nazir qohumu olmağı karyera pillələrində yüksəlməsinə yardım olub.
ƏƏSMN-in “Qocalar ev” və pansioanatlarında ailə şəbəkəsi…
“İlk baxışdan bu qurumlar gözə dəyməsə də, əslində həmin qurumlarda da böyük yeyintilərə yol verilir. Özü də orada təkcə büdcə vəsaitləri deyil, müxtəlif şəxslər tərəfindən edilən yardımlar da “yeyilir”. Məndə olan məlumata görə, bu cür müəssisələrdə orta hesabla ayda 20-30 min manat vəsait toplanır. Təbii ki, bu vəsaitin hamısı müəssisə rəhbəri tərəfində mənimsənilmir. Vəsaitin ən azı yarısı yuxarı ötürülür”,
– deyən müsahibimiz nəzərə çatdırıb ki, bu qurumlara da təsadüfi adamlar rəhbər təyin olunmayıblar.
Onun sözlərinə görə, Səlim Müslümov nazir olduğu dövrdə bu müəssisələrə özünə yaxın adamları rəhbər təyin edib:
Şağanda yerləşən Müharibə Əlilləri üçün Müalicə Pansionatının direktoru Pərvanə Əsədova Bilgəhdəki Qocalar Evinin direktoru Qətibə Əsədovanın qızı
dır.
bacısı qızını isə Şağan 3 saylı Fiziki və Əqli Qüsurlu Uşaqlar üçün İnternat Evinə direktor təyin etdirib.
Yeni nazir “köhnə qvardiya” ilə bacarmır?

Nazirin əmri ilə Daxili nəzarət şöbəsinin müdiri vəzifəsinin icrası Günel Nəsibovaya, Kadr və kadr hazırlığı şöbəsinin müdiri vəzifəsinin icrası isə Südabə Cəfərova
ya həvalə olunub.
Daxili nəzarət şöbəsinə Sultan Hacıyev, Kadr və kadr hazırlığı şöbəsinə isə Qurbanəli Əsədov
rəhbərlik edib. Adıçəkilən şəxslər mayın 8-də Aparat rəhbəri Əjdər Cəbiyevlə birgə vəzifələrindən azad olunublar.
“köhnə qvardiya”
nın təmsilçisidir. Onun sözlərinə görə,
S.Cəfərova Əjdər-Qurbanəli cütlüyünün yetirməsi sayılır.
“Bildiyiniz kimi, ƏƏSMN-də işə götürmək işinə Əjdər Cəbiyev nəzarət edirdi. O, sistemi elə ələ almışdı ki, onun razılığı olmadan hətta Səlim Müslümovun tapşırdığı adamlar belə işə götürülmürdü. Yəni, Əjdər Cəbiyevin hesabı çatmalı idi. Hesab verməyən namizədlər isə daxili imtahandan rahat keçmələri üçün Südabə Cəfərovanın yanına gəlməli olurdular. Onlara konspekt verilirdi və bunun hesabına imtahandan keçirdilər. Hesab verməyənlər isə müxtəlif yollarla “dolaşığa salınırdılar”. Bu mənada Südabə Cəfərovanın orada saxlanılması düzgün qərar deyil”, – deyə müsahibimiz fikrini tamamlayıb.