Search for:
  • Ana səhifə/
  • İdman/
  • Azərbaycanlı futbolçu tanınmamış ölkənin çempionu oldu – FOTO

Azərbaycanlı futbolçu tanınmamış ölkənin çempionu oldu – FOTO

Paylaş:


Azərbaycanlı futbolçu Amit Quluzadə “Drita” komandasının heyətində Kosovo çempionu olub.



42-CiParalel.az


xəbər verir ki, “Drita” buna son turda əsas rəqibi “Priştina” ilə səfər matçında qeydə alınan heç-heçə sayəsində nail olub.


Qol vurulmayan görüşdə meydan sahiblərinin iki futbolçusu qırmızı vərəqə alıb.


Bu heç-heçədən sonra xallarını 67-yə çatdıran “Drita” “Priştina”nı üç xal geridə qoyub və ardıcıl 29 matçda uduzmayaraq, rekord müəyyənləşdirib.


Quluzadənin komandası 2018/2019 mövsümündə Kosovonu Çempionlar Liqasında təmsil edəcək. Həmin turnirdə ölkəmiz adından “Qarabağ” mübarizə aparacaq.


Amit Guluzadeh adlı şÉ™xsin şÉ™kli.

Qeyd edək ki, Amit Quluzadə qış mövsümündən etibarən Kosovoda oynayır. Kosovonun müstəqilliyi isə Azərbaycan tərəfindən hələ də tanınmayıb.

Paylaş: