Search for:

Prezident Cəlilabadın icra başçısını Yasamala gətirdi – SƏRƏNCAM

Paylaş:


Prezient İlham Əliyev Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Ä°mran oğlu Əzizovun vəzifədən azad edilməsi ilə bağlı sərəncam imzalayıb.


42-CiParalel.az


xəbər verir ki, ölkə başçısının digər sərəncamı ilə Əziz Əzizov, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.


Əziz Əliyev 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunda anadan olub. Keçmiş Neft və Kimya İnstitutunda mühəndis ixtisası üzrə ali təhsil alıb.


1985-1986-cı illərdə Bakı Tramvay parkında xətt sahəsi təmiri ustası, 1986-1987-ci illərdə vaqon bölməsində usta, 1987-1989-cu illərdə yol təhlükəsizliyi müfəttişi, 1989-1990-cı illərdə yol təhlükəsizliyi idarəsinin rəisi, 1990-1992-ci illərdə istismar idarəsinin rəisi vəzifəsini ica edib.

1992-1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi, 1993-1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışıb.


1996-2006-cı illərdə sahibkarlıq fəaliyyəti məşğul olub.


Azərbaycan Prezidentinin 8 avqust 2006-cı il tarixli sərəncamı ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2 fevral 2018-ci il tarixinədək bu vəzifədə çalışıb.


YAP-ın üzvüdür.


Ailəlidir, 3 övladı var.

Paylaş: