Search for:

Ağcabədidə partlamamış hərbi sursat aşkar olunub

Paylaş:


Ağcabədi rayonunda partlamamış hərbi sursat aşkar edilib.



42-CiParalel.az


xəbər verir ki, 1 fevral tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən ANAMA-ya Ağcabədi rayonu, Böyük Kəhrizli kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.


Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.


Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 4 ədəd partlamamış hərbi sursat (2 ədəd F-1 əlqumbarası və 2 ədəd UZRQM partladıcısı) aşkar olunub və götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.


Bu əməliyyat Böyük Britaniya Hökuməti tərəfindən maliyyələşdirilib.

Paylaş: