Türkiyədə ağır yol qəzası: Səkkiz ölü


Türkiyədə Van-Hakkari avtomagistralında yük maşını ilə mikroavtobus toqquşub.



42-CiParalel.az


xəbər verir ki, Van əyalətinin Gürpınar rayonundakı qəzada səkkiz nəfər həyatını itirib, iki nəfər ağır yaralanıb.


Yaralılar təcili tibbi yardım vasitəsilə Van Təlim-Araşdırma Xəstəxanasına aparılıb.


Hadisə yerində polis araşdırma aparır.

Əlaqədar Yazılar