Elçin Quliyev Türkiyə Silahlı Qüvvələrinin generalı ilə görüşüb
Dövlət Sərhəd Xidməti
nin rəisi general-polkovnik
Elçin Quliyev
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Baş Plan və Prinsiplər İdarəsinin rəisi general-polkovnik Yavuz Türkgəncin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
42-CiParalel.az
-ın məlumata görə, görüşdə Azərbaycan
Dövlət Sərhəd Xidməti
və Türkiyə Silahlı Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Azərbaycanın dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərdən qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunub.
Transsərhəd cinayətkarlığı ilə mübarizədə həyata keçirilmiş tədbirlər,
Dövlət Sərhəd Xidməti
ndə aparılan islahatlar, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verilib.
Tərəflər arasında hərbi və hərbi-texniki sahədə əlaqələrin dərinləşdirilməsi, sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin aparılması və birgə tədbirlərin keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Görüşdə Türkiyənin Bakıdakı səfiri Erkan Özoral da iştirak edib.