Search for:
  • Ana səhifə/
  • Siyasət/
  • Saakaşvilidən təhdid: Toxunsanız, özümü damdan atacam – CANLI + YENİLƏNİB

Saakaşvilidən təhdid: Toxunsanız, özümü damdan atacam – CANLI + YENİLƏNİB

Paylaş:


Gürcüstanın sabiq prezidenti, “Yeni qüvvələr hərəkatı”nın lideri Mixeil Saakaşvili mənzilinə Ukraynanın Təhlükəsizlik xidmətinin əməkdaşları gəldiyi üçün yaşadığı evin damına çıxıb, özünü səkkizinci mərtəbədən atacağını bildirib.



42-CiParalel.az


-ın məlumatına əsasən, bu barədə “1+1” telekanalı məlumat yayıb.


“Hazırda Saakaşvili evin damındadır və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə danışıqlar aparır. Siyasətçi ona toxunsalar, özünü damdan atacağını deyir”, – deyə məlumatda bildirilir.





42-CiParalel.az

-ın məlumatına əsasən, bu barədə onun yaxın dostu, baş prokurorun sabiq köməkçisi David Sakvarelidze özünün “Facebook” səhifəsində yazıb.


“Mixeil Saakaşvilinin evinin qapısını sındırırlar! Kostelnaya küçəsi!”, – Sakvarelidze yazıb.


“NewsOne” telekanalına müsahibəsində o, qapının Ukraynanın təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən sındırıldığını ehtimal edib.


Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin Kiyevdəki mənzilinin qapısı sındırılır.

Paylaş: