Socar Kanadadakı ofisini bağladı
“SOCAR Trading” Kanadanın Kalqari şəhərində
yerləşən ofisini bağlamaq barədə qərar qəbul edib.
42-Ciparalel.az
Economics” “Reuters” agentliyinə istinadən
xəbər verir ki, növbəti 3-4 ay ərzində “SOCAR Trading” bütün
kommersiya və yardımçı bölmələrini ABŞ-ın Texas ştatında yerləşən Hyuston
şəhərinə köçürür.
“SOCAR Trading” Kanada bazarına
2015-ci ildə çıxıb. 2016-cı ilin sonunda isə SOCAR-ın törəməsi Hyustondakı
ofisini bağlayıb.
Agentlik yazır ki, “SOCAR Trading”in Kalqaridə 15 nəfər əməkdaşı
olub.
“SOCAR Trading” iddia edir ki,
yerdəyişmə şirkətin biznesinə heç bir təsir göstərməyəcək.
2007-ci ildə təsis olunan “SOCAR
Trading” şirkətinin baş ofisi İsveçrənin Cenevrə şəhərində yerləşir.