Rusiyada dağılan binada ölənlərin sayı artır
Rusiyanın İjevsk şəhərində 9
mərtəbəli yaşayış binasının bir blokunun tamamilə uçması nəticəsində ölənlərin
sayı
5
-ə çatıb.
42-Ciparalel.az
-ın
“RİA Novosti”yə istinadən
verdiyi xəbərə görə, hadisə nəticəsində daha 4 nəfər xəsarət alıb.
Ü
mumilikdə 28
nəfərin yaşadığı 8 mənzil
h
adisə nəticəsində tamamilə dağılıb.
İlkin versiyaya görə, hadisə qaz
sobasının partlaması səbəbindən baş verib.
Hadisə yerində axtarış-xilasetmə
əməliyyatı davam edir. Dağıntılar arasında insanların qaldığı bildirilir,
ölənlərin sayının artacağı
isə
istisna olunmur.
Binanın bütün sakinləri yaxınlıqdakı
iki məktəbdə yerləşdiriblər. Hadisə ilə əlaqədar təhlükəsizlik qaydalarının
pozulması maddəsi ilə cinayət işi başlanıb. Şəhərdə
isə
fövqəladə hal rejimi elan edilib
.