İraqda 200 Azərbaycan vətəndaşı olan qadın saxlandı
İraq ordusu İŞİD-lə əlaqədə şübhəli
bilinən 512 Rusiya və 200 Azərbaycan vətəndaşı olan qadın saxlayıb.
42-Ciparalel.az
“RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə iraqlı deputat
Vian Dahil özünün “Twitter” səhifəsində yazıb.
Deputanın bildirdiyinə görə, saxlanılan qadınlar artıq həbsxanaya
yerləşdirilib.
İraqlı deputat qadınların harada və nə vaxt saxlanıldığını isə açıqlamayıb.
İraqın Müdafiə Nazirliyindəki mənbə 512 rusiyalı qadının saxlanılması
barədə məlumatı “RİA Novosti”yə təkzib edib.
“Saxlanılanlar var, lakin onlar çox deyil və müxtəlif ölkələrin
vətəndaşlarıdır”, – deyə mənbə əlavə edib.