İlham Əliyev noyabrın 10-da Gəncə şəhərinə səfərə gedib.
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 10-da Gəncə şəhərinə səfərə gedib.
42-CiParalel.az
xəbər verir ki, əvvəlcə dövlət başçısı ulu öndər Heydər Əliyevin ÅŸÉ™hərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Gəncənin Ulu Öndərin abidəsinin ucaldığı Heydər Əliyev adına baş meydanı şəhər sakinlərinin və qonaqların istirahəti üçün çox gözəl məkanlardan biridir.