Search for:

Dövlət Bayrağı Günü münasibətilə Kiyevdə aksiya keçirilib

Paylaş:


9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbir məntəqəsinin təşkilatçılığı ilə Kiyevdə aksiya keçirilib.




42-CiParalel.az



-ın xəbərinə görə, aksiyada şəhər sakinlərinə və xarici qonaqlara bayrağımızın rəmzləri, tarixi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 2009-cu il noyabrın 17-də Azərbaycan prezidenti



İlham Əliyev




“Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncam imzalayıb. Həmin sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq 1918-ci il noyabrın 9-da




Azərbaycan Xalq Cümhuriyyəti




Hökumətinin iclasında qəbul edilib.


Sonra “Şanlı bayrağımla şəkil” aksiyası reallaşdırılıb.

Paylaş: