Search for:

Prezident İlham Əliyev “İçərişəhər” metrostansiyasının açılışında iştirak etdi

Paylaş:



Bakı Metropoliteninin


“İçərişəhər” stansiyasının


50 illik yubileyi ilə
əlaqədar metropolitendə istismar edilmiş retro vaqonların bərpadan sonra





təqdimatı olub.


42-Ciparalel.az


xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev


də bugün


retro vaqonlarla tanış
olub.


Belə ki,


“Bakı Metropoliteni” Qapalı
Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlətimizin başçısına retro vaqonlar
barədə məlumat verdi.


Onu da qeyd edək ki, Mıtişşi
maşınqayırma zavodunda istehsal olunan ilk belə retro vaqonlar “A” tipli
vaqonlar adlandırılırdı. Bu vaqonlar 1934-cü ilin sonunda hazırlanıb. Həmin
vaqonlarda oturmaq üçün 52 və ayaq üstə dayanmaq üçün isə 120 yer var idi. Bu
tipli vaqonlardan biri 1968-ci ildə yol ölçmək üçün Bakıya göndərilib.


Retro tipli digər vaqonlar “Q” tipli
vaqonlar idi. Yeni mühərrikli vaqonlar Qorki xətti üçün nəzərdə tutulduğuna
görə “Q” tipli adlandırılırdı. Bu vaqonların istismar müddəti 1983-cü ildə başa
çatıb.


Təqdimatı olan “E” tipli digər vaqonların
hazırlanmasına isə 1956-cı ildə başlanılıb. “E” tipli ilk sınaq vaqonu 1959-cu
ilin sonlarında istehsal olunub. Bu tipli vaqonlar Sovet İttifaqı dövründə beş
şəhərin – Moskva, Leninqrad, Kiyev, Bakı və Tbilisinin metropolitenlərinə
göndərilirdi. Bakıya “E” tipli 47 ədəd vaqon çatdırılmışdı.


Sonra Prezident İlham Əliyev retro
vaqonlardan ibarət qatarla “İçərişəhər” stansiyasından “Nəriman Nərimanov”
stansiyasına gəldi.


Azərbaycan Prezidenti İlham Əliyevin
müvafiq Sərəncamı əsasında 2014-cü ildə Bakı Metropoliteni və
“Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri
dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradıldıqdan
sonra silsilə yeniliklər biri-birini əvəzlədi.

Paylaş: