Search for:

Prezident yeni fərman imzaladı

Paylaş:


Prezident İlham Əliyev “Azərbaycan Sənaye
Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (“ASK” ASC) yaradılması haqqında Fərman
imzalayıb.


42-Ciparalel.az


xəbər verir ki, səhmləri dövlətə məxsus olan “ASK” ASC dövlət əmlakının
idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan
hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr
arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal
potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə
yaradılıb


.


Belə ki, f


ərmana
əsasən “ASK” ASC-də 5 üzvdən ibarət Müşahidə Şurası yaradılıb. Qurumun
strukturunun təsdiqini, işçilərinin əməkhaqlarının müəyyənləşdirilməsini və
nizamnaməsi ilə Müşahidə Şurasına həvalə edilmiş digər səlahiyyətləri “ASK”
ASC-nin Müşahidə Şurası həyata keçirəcək.




Prezidentin bu sərəncamına əsasən “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar
Cəmiyyətinin Müşahidə Şurasının sədri



Natiq Əmirov, baş direktor vəzifəsini isə
Kamran Nəbizadə icra edəcək.


Paylaş: