Prezident İlham Əliyev Donald Trampa məktub yazdı
Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş
Ştatlarının prezidenti Donald Trampa başsağlığı verib.
42Ciparalel.az
AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısının
məktubunda deyilir:
“Hörmətli cənab Prezident, Texasda baptist kilsəsinə silahlı hücum
nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər məni son
dərəcə sarsıtdı. Bu faciəli hadisə ilə əlaqədar Sizə, həlak olanların
ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı
adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.