“Hər iki tərəf çox güclü dağıdıcı hərbi gücə malikdir”
“Hər kəsin Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu həllinə töhfə vermək öhdəliyi var”.
Bu sözləri Bakıda səfərdə olan Londondakı
LİNKS Araşdırmalar Mərkəzinin icraçı direktoru Denis Sammut deyib.
42-Ciparalel.az
xəbər verir ki,
D. Sammut bildirib ki, münaqişənin
həllini məhz sülh yolunda görür: “Biz 2016-cı ilin aprelində olanlardan gördük
ki, münaqişələrin çox ağır nəticələri olur. İnsanlar bir şeyi anlamalıdır ki,
2017-ci ildə baş verə biləcək müharibə 1989-ci ildəki kimi olmayacaq. Hər iki
tərəfdə olan silahlar böyük dağıdıcı gücə malikdir. Sülh yolu ilə həll ilk
növbədə münaqişədən birbaşa əziyyət çəkmiş insanların ehtiyaclarına uyğundur.
Bu baxımdan qaçqın və məcburi köçkünlər öz evlərinə qayıtmalıdır. Biz bunların
baş verməsi üçün şərait yaradılmasına çalışmalıyıq. Münaqişənin necə həll oluna
biləcəyi ilə bağlı bir sıra təkliflər, ideyalar var. Vətəndaş cəmiyyəti kimi
bizim rolumuz bu müzakirələrin uğurlu aparılması üçün düzgün şəraitin
yaradılmasına töhfə verməkdir”.
Eyni zamanda, etimad tədbirlərini də
Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyin tərkib hissələrindən
biri kimi qiymətləndirən icraçı direktor elave edib: “Etimad tədbirləri
bir-biri ilə problemləri olan dövlətlər və ya dövlətlərdəki qruplar arasında
görülməli olan tədbirdir.
Y
əni, b
u dostlar
arasında olan tədbir deyil. Bu tədbirlər ABŞ və NATO-nun Sovet İttifaqı ilə
münasibətlərini aydınlaşdırmaq üçün “soyuq müharibə” dövründə də olub. Bu, o
demək deyil ki, biz Dağlıq Qarabağ bölgəsində müharibənin getməsindən və təmas
xəttində demək olar, hər gün insanların ölməsindən xəbərdar deyilik. Biz
məhz buna görə etimad tədbirləri barədə danışırıq. Prezidentlər və nazirlər
səviyyəsində müzakirələr və danışıqlar üçün şərait yaratmaq məqsədilə bu məsələ
müzakirə olunur. Biz hamımız öz yolumuzla bu münaqişənin həllinə töhfə verə
bilərik”.
Əlavə edək ki, D. Sammut elə məhz “Etimad tədbirləri Dağlıq Qarabağ
münaqişəsinin həllinə töhfə verə bilərmi?” adlı tədbirdə iştirak etmək üçün
Bakıda səfərdədir.
Tədbir İqtisadi və Sosial İnkişaf
Mərkəzi və tərəfindən təşkil olunub.